...

"Intel"in baş direktoru ABŞ hökuməti ilə əməkdaşlıq variantlarını müzakirə edəcək

Dünya xəbərləri Materials 11 Avqust 2025 04:42 (UTC +04:00)
"Intel"in baş direktoru ABŞ hökuməti ilə əməkdaşlıq variantlarını müzakirə edəcək

Bkı. Trend:

ABŞ-nin “Intel” texnologiya korporasiyasının rəhbəri Lip-Bu Tan Ağ Evə səfər edəcək və şirkətin ABŞ prezidenti Donald Trampla əməkdaşlığını müzakirə edəcək.

Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti xəbər verib.

Məlumata əsasən, “ətraflı söhbət” avqustun 11-nə planlaşdırılıb. Lip-Bu Tan “şəxsi və peşəkar səyahəti” haqqında danışmağa və Trampın dəstəyini almağa ümid edir.

Qeyd edilib ki, texnologiya şirkətinin baş direktoru Ağ Evin rəhbərinə hökumətlə "Intel" arasında əməkdaşlıq variantları təklif edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti