Bakı. Trend:
Ukrayna hakimiyyəti “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin fövqəladə hallar zamanı üçüncü ölkələrdən vətəndaşlarının təxliyəsi zamanı onların qarşılıqlı fəaliyyəti haqqında” sazişindən çıxmaq haqqında qanun layihəsini təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk "Telegram" kanalında yazıb.
Qeyd edək ki, MDB üzvü olan ölkələr bu sazişi 1996-cı ilin aprelində imzalayıblar. Müqavilə fövqəladə hallar zamanı öz vətəndaşlarının üçüncü ölkələrdən təxliyəsi ilə bağlı birgə fəaliyyət prosedurunu müəyyən edir - sənəd dövlətlərin insanların təhlükəsiz yerdəyişməsi üçün informasiya mübadiləsini, qarşılıqlı yardımı, nəqliyyat və resurslardan necə istifadə edəcəyini müəyyən edir.