...

Ukraynanın 500-dən çox yaşayış məntəqəsi işıqsız qalıb

Dünya xəbərləri Materials 30 Oktyabr 2025 17:52 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın enerji infrastrukturuna dəymiş zərər nəticəsində 500-dən çox yaşayış məntəqəsi işıqsız qalıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Ukrayna Energetika Nazirliyinin müavini Nikolay Kolesnik bildirib.

“Bir neçə bölgədə əhəmiyyətli ziyanlar və istehlakçıların işıqsız qalması müşahidə olunur. Xüsusilə Vinitsa vilayətində 400-dən çox, Dnepropetrovsk vilayətində isə 125 yaşayış məntəqəsi işıqsız qalıb”, - nazir qeyd edib.

Kolesnikin sözlərinə görə, həmçinin Zaporoje vilayətinin 148 yaşayış məntəqəsi işıqsız qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti