Bakı. Trend:
Ötən gün Nyu-Yorka düşən leysan yağışı azı 2 nəfərin həyatına son qoyub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qurbanlar aramsız yağışdan sonra su basmış zirzəmilərdən çıxa bilməyərək həlak olublar.
“Bu gün iki Nyu-York sakini leysan nəticəsində həlak olub”, - deyə şəhərin meri Erik Adams öz rəsmi “X” səhifəsində yazıb.
O, sakinlərin fövqəladə vəziyyətlərə düzgün reaksiyası üzrə təlimlərin keçirilməsi ilə bağlı əlavə tədbirlərin görüləcəyini əlavə edib.
Mer eyni zamanda dolayı yolla yerli meteoroloji proqnoz sistemində nöqsanların olduğunu etiraf edib.
 
                                    