Bakı. Trend:
Yaponiyanın Naha şəhərində ABŞ dəniz piyadaları korpusunun hərbi qulluqçusu həbs olunub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə gecə yarısı restoranın qarşısındakı küçədə baş verib. Həmin şəxs yerli restoranın ofisiantına qarşı zorakılıqda ittiham olunur. ABŞ-nin Okinava prefekturasının Urasoe şəhərində yerləşən “Camp Kinser” adlı logistika bazasında xidmət edən 37 yaşlı baş gizir spirtli içki qəbul etdikdən sonra yerli restoranlardan birinin ofisiantına hücum edib və onun boğazından tutub.
Qeyd edək ki, Yaponiyanın Okinava adasında ABŞ Silahlı Qüvvələrinə məxsus obyektlərin ümumi sahəsinin 70 faizdən çoxu yerləşir, o cümlədən ABŞ-dan kənarda yerləşən ən böyük hərbi-hava bazası – Kadena bazası da burada fəaliyyət göstərir.
