Bakı. Trend:
ABŞ-ın müharibə naziri Pit Heqset və Cənubi Koreyanın müdafiə naziri An Gyu Bak Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə sərhəddə yerləşən hərbisizləşdirilmiş zonaya (DMZ) birgə səfər ediblər.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bu, iki ölkənin hərbi qurum rəhbərlərinin 2017-ci ildən bəri ilk belə birgə səfəridir. Səfər çərçivəsində Heqset DMZ-də xidmət edən koreyalı və amerikalı hərbçilərlə görüşəcək.
Daha sonra Pentaqon rəhbəri Seuldan 65 km məsafədə yerləşən ABŞ hərbi bazasına gedəcək, orada amerikalı əsgərlər və onların ailələri ilə söhbət edəcək.
