Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ölkə vətəndaşlarını dövlət başçısının sərəncamlarına itaətsizliyə çağırışlardan çəkinməyə çağırıb və ABŞ Demokratlar Partiyasından olan senator, keçmiş astronavt Mark Kelli tərəfindən səsləndirilən bu cür çağırışları pisləyib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Mark Kelli və bir qrup qeyri-vətənpərvər siyasətçi düzgün addım atmayıblar və onlar bunun fərqindədirlər. Ümid edirəm ki, onlara baxan insanlar aldanmayacaqlar və başqalarını Amerika Birləşmiş Ştatlarının prezidentinə itaətsizliyi azad və ictimai şəkildə təhrik etməyin normal bir şey olduğunu düşünməyəcəklər”, - Tramp “TruthSocial” hesabında yazıb.
Qeyd edək ki, noyabrın sonunda ABŞ-nin müdafiə naziri Pit Heqset Mark Kellinin hərbçiləri ali komandanlığın mübahisəli əmrlərini tabesizliyə çağıran açıqlamaları ilə bağlı onun barəsində araşdırma aparılması barədə tapşırıq vermişdi.
