Bakı. Trend:
1 yanvar 2026-cı ildən etibarən Bolqarıstan rəsmi olaraq levadan (Bolqarıstanın milli valyutası –red) imtina edərək, Avrozonaya qoşulmuş sayca 21-ci ölkə olacaq.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, buna Sofiyanın inflyasiya səviyyəsi, büdcə kəsiri, uzunmüddətli borclanmanın dəyəri və məzənnə sabitliyi ilə bağlı bütün rəsmi tələbləri yerinə yetirməsi zəmin yaradıb. Bolqarıstanın avroya keçidi ilə valyutadan istifadə edən avropalıların sayı 350 milyonu ötəcək.
Bolqarıstanda ölkənin levadan imtina etməsi isə əhali arasında birmənalı qarşılanmır. Biznes dairələri ümumilikdə qarşıdan gələn dəyişiklikləri dəstəkləyir. Eyni zamanda əhalinin bir hissəsi hesab edir ki, Avropa İttifaqı tənəzzülə və parçalanmaya doğru gedir və bu baxımdan avroya keçid faydadan çox problem gətirəcək.
