...

Tramp milli təhlükəsizlik səbəbilə Çinə bağlı şirkətlə çip müqaviləsini ləğv edib

Dünya xəbərləri Materials 3 Yanvar 2026 13:53 (UTC +04:00)
Tramp milli təhlükəsizlik səbəbilə Çinə bağlı şirkətlə çip müqaviləsini ləğv edib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik risklərini əsas gətirərək, Çin vətəndaşı tərəfindən idarə olunan bir şirkətin ABŞ istehsalçısından 2,9 milyon dollarlıq çip almasını qadağan edən sərəncam imzalayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu addım ABŞ hökumətinin Çinlə bağlı texnoloji və strateji narahatlıqlar fonunda atdığı növbəti ciddi qərar kimi qiymətləndirilir.

ABŞ Maliyyə Nazirliyindən bildirilib ki, "Emcore" şirkətinin rəqəmsal çip biznesi çərçivəsində istehsal olunan indium fosfid çiplərinin ABŞ-dən kənara tədarükü milli təhlükəsizlik riski kimi qiymətləndirilib.

Çin tərəfi isə məsələ ilə bağlı sorğuları cavabsız qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti