...

Sudanda dron zərbəsindən azı 10 dinc sakin həlak olub

Dünya xəbərləri Materials 7 Yanvar 2026 15:45 (UTC +04:00)
Sudanda dron zərbəsindən azı 10 dinc sakin həlak olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sudanda Şimali Kordofan ştatının mərkəzi şəhəri Əl-Obeyd şəhərində “Çevik Dəstək Qüvvələri” (ÇDQ) hərəkatına məxsus pilotsuz uçuş aparatının yaşayış məhəlləsinə endirdiyi zərbə nəticəsində azı 10 mülki şəxs həlak olub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hücum ilin əvvəlindən etibarən Sudanda münaqişənin kəskin şəkildə eskalasiyası fonunda baş verib. Sudan Silahlı Qüvvələri və ÇDQ pilotsuz uçuş aparatlarından istifadənin intensivliyini artıraraq, beş gün ərzində hərbi və mülki obyektlərə azı səkkiz zərbə endiriblər.

Yerli hüquq-müdafiə və humanitar təşkilatların bildirdiyinə görə, son eskalasiya nəticəsində 150-dən çox mülki şəxs həlak olub, daha onlarla insan isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti