...

Tramp ABŞ-nin 66 beynəlxalq təşkilatdan çıxması ilə bağlı memorandum imzalayıb

Dünya xəbərləri Materials 8 Yanvar 2026 03:34 (UTC +04:00)
Tramp ABŞ-nin 66 beynəlxalq təşkilatdan çıxması ilə bağlı memorandum imzalayıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun 66 beynəlxalq təşkilatdan çıxması ilə bağlı memorandum imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin məlumatında bildirilib.

Bildirilib ki, sənəddə bütün icraçı departamentlər və agentliklərdən ABŞ milli maraqlarına, təhlükəsizliyinə, iqtisadi rifahına və ya suverenliyinə zidd hərəkət edən 35 qeyri-Birləşmiş Millətlər Təşkilatı təşkilatının və 31 BMT qurumunun fəaliyyətində iştirakını və maliyyələşdirilməsini dayandırmaları tələb olunur.

Ağ Ev vurğulayıb ki, bu strukturlardan çıxmaq "Amerika vergi ödəyicilərinin maliyyələşdirilməsinə və ABŞ-nin prioritetləri hesabına qlobalist maraqları inkişaf etdirən və ya vacib məsələləri səmərəsiz və ya irrasional şəkildə həll edən təşkilatlarda iştirakına son qoyacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti