...

ABŞ-nin hücumu nəticəsində 100 nəfər ölüb - Venesuela DİN

Dünya xəbərləri Materials 8 Yanvar 2026 09:48 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi nəticəsində 100 nəfər həyatını itirib və bir o qədər də yaralı var.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela daxili işlər naziri Diosdado Kabello açıqlama verib.

Onun sözlərinə görə, yaralılar arasında qadınlar da var.

“Ölkəmizə qarşı hücum dəhşətli idi - bu doğrudur, bu bir faktdır və bunu heç kim gizlədə bilməz. İndiyədək 100 nəfər ölüb və bir o qədər də yaralı var. Venesuela xalqı nəcib və cəsur bir xalqdır.”

ABŞ-nin son dərəcə güclü bombalarından istifadə etməsi nəticəsində mülki şəxslərin də həyatını itirdiyini bildirən Kabello, basqın zamanı dövlət başçısı Nikolas Maduronun həyat yoldaşının başından, Maduronun isə ayağından yaralandığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti