Bakı. Trend:
İndoneziyanın Qərbi Yava əyalətində böyük tələfata səbəb olmuş torpaq sürüşməsi baş verib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İndoneziyanın Fəlakət fəsadlarının idarəolunması agentliyinin rəsmisi Abdul Muhari təbii fəlakət nəticəsində 7 nəfərin öldüyünüyü bildirib. 82 nəfər itkin düşüb.
Xatırladaq ki, ötən ay leysan yağışlardan sonra baş verən torpaq sürüşmələri və daşqınlar nəticəsində Şimali Sumatra, Qərbi Sumatra və Açi əyalətlərində 1170-dən çox insan həyatını itirib.
