Bakı. Trend:
Venesuela hakimiyyəti "siyasi məhbusları" gecikmədən azad edir və yaxın gələcəkdə bu prosesi sürətləndirəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Məmnuniyyətlə bildirirəm ki, Venesuela siyasi məhbuslarını sürətlə azad edir. Bu temp tezliklə daha da sürətlənəcək. Bu güclü humanitar jesti qəbul etdiyinə görə Venesuela rəhbərliyinə təşəkkür etmək istəyirəm!" - deyə o bildrib.