...

Tramp Venesuela hava məkanının blokadasının ləğv olunduğunu elan etdi

Dünya xəbərləri Materials 30 Yanvar 2026 01:30 (UTC +04:00)
Tramp Venesuela hava məkanının blokadasının ləğv olunduğunu elan etdi

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Venesuela üzərindəki hava məkanının yenidən açıldığını bildirib.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

"ABŞ prezidenti Donald Tramp Nikolas Maduronun devrilməsindən sonra əlaqələri yeniləmək səyləri çərçivəsində cümə axşamı Venesuela üzərində hava məkanının açılması barədə əmr verdiyini bildirib", - deyə bildirilib.

Tramp Pentaqona və Nəqliyyat Nazirliyinə günün sonuna qədər lazımi dəyişikliklər etməyi tapşırdığını söyləyib və qeyd edib ki, Rodrigez ona ölkənin təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılmasında irəliləyiş əldə etdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti