...

İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 74-ə çatdı

Dünya xəbərləri Materials 2 Fevral 2026 10:45 (UTC +04:00)
İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 74-ə çatdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın Qərbi Yava əyalətində torpaq sürüşməsi səbəbindən ölənlərin sayı 74 nəfərə çatıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bundan əvvəl rəsmi itki sayının 50 olduğu bildirilirdi. Altı nəfər hələ də itkin düşmüş şəxslərin siyahısındadır. Fəlakət zonasında axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Xatırladaq ki, təbii fəlakət yanvarın 24-də Qərbi Bandunq rayonunda leysan yağışların ardından baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti