...

Avropa İttifaqı innovativ hərbi texnologiyalara 5,4 milyard avro ayırıb

Dünya xəbərləri Materials 2 Fevral 2026 19:34 (UTC +04:00)
Avropa İttifaqı innovativ hərbi texnologiyalara 5,4 milyard avro ayırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Müdafiə Fondu hərbi texnologiyalar sahəsində, o cümlədən süni intellektin (Sİ) tətbiqi istiqamətində 225 innovativ layihənin həyata keçirilməsi üçün artıq 5,4 milyard avro vəsait ayırıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin müdafiə üzrə komissarı Andryus Kubilyus Brüsseldə keçirilən təhlükəsizlik üzrə konfransda deyib.

“Biz investisiya fondlarımız vasitəsilə hərbi innovasiyaları dəstəkləyirik. Avropa Müdafiə Fondu Avropada hərbi texnologiyalara yatırım edən üçüncü ən iri investordur və artıq 225 layihə üçün 5,4 milyard avro ayırıb”, – deyə o qeyd edib.

Kubilyus əlavə edib ki, bu vəsaitdən 800 milyon avro hərbi sektorda süni intellektin tətbiqi ilə bağlı layihələrə yönəldilib. Onun sözlərinə görə, xüsusilə zərbəçi PUA-larından ibarət qarşılıqlı fəaliyyət göstərən dron sürülərinin yaradılması, nitqin tanınması və rabitə ilə radioəlaqənin sinxron tərcüməsi sistemləri, hədəflərin tanınması və seçilməsi funksiyalarına malik artırılmış reallıq elementləri olan görmə sistemləri, eləcə də neyron şəbəkələrin monitorinq və kəşfiyyat sistemlərinin bütün növlərinə inteqrasiyası üzərində iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti