...

Venesuela ABŞ-yə diplomatik missiya göndərir

Dünya xəbərləri Materials 3 Fevral 2026 12:30 (UTC +04:00)
Venesuela ABŞ-yə diplomatik missiya göndərir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuelanın sabiq xarici işlər naziri Feliks Plasensiya ölkənin ABŞ-dəki yeni diplomatik nümayəndəsi təyin edilib və tezliklə təyinat aldığı ölkəyə yollanacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuelanın XİN rəhbəri İvan Pinton öz rəsmi “Telegram” səhifəsində məlumat paylaşıb.

“Yaxın zamanda Plasensiya və onun komandası ABŞ-yə gedəcək. Onların əsas vəzifəsi enerji, siyasi və iqtisadi sahələrdə konstruktiv əməkdaşlığın möhkəmləndirilməsi və ikitərəfli münasibətlərin inkişafı olacaq”,-deyə nazir yazıb.

O həmçinin ABŞ-nin diplomatik nümayəndəsi Laura Doqunun artıq Venesuelaya gəldiyini və onu Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges tərəfindən qəbul olunduğunu xatırladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti