...

Vaşinqton və Karakas enerji sektorunda əməkdaşlıq etmək barədə razılığa gəldilər

Dünya xəbərləri Materials 12 Fevral 2026 03:58 (UTC +04:00)
Vaşinqton və Karakas enerji sektorunda əməkdaşlıq etmək barədə razılığa gəldilər

Bakı. Trend:

ABŞ və Venesuela uzunmüddətli enerji əməkdaşlığı proqramı barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi Venesual tərəfinə istinadən xəbər verib.

Bu məsələ ilə bağlı razılıq Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes və ABŞ-ın energetika naziri Kris Rayt arasında Karakasda keçirilən danışıqlar zamanı əldə edilib. Razılaşmanın mahiyyəti ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.

Tərəflər həmçinin neft, qaz, mineral ehtiyatlar və elektrik enerjisi sahələrində mümkün birgə layihələri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti