Bakı. Trend:
Böyük Britaniya bank rəhbərləri ABŞ-nin "Visa" və "Mastercard" ödəniş sistemlərinə milli alternativ yaratmaq məsələsini müzakirə etmək üçün ilk görüşlərini keçirəcəklər.
Trend-in məlumatına görə, bu barədə "The Guardian" qəzeti xəbər verib.
Məlumata əsasən, görüş fevralın 19-na planlaşdırılıb və ABŞ prezidenti Donald Tramp administrasiyasının Böyük Britaniyanı bu sistemlərə çıxışdan məhrum edə biləcəyi ilə bağlı artan narahatlıqlar buna səbəb olub.
Görüşə "Barclay’s" bankının Böyük Britaniya üzrə baş direktoru Vim Maru sədrlik edəcək. Nəşrin məlumatına görə, təşəbbüsün London şəhər şirkətləri tərəfindən hökumətin dəstəyi ilə maliyyələşdiriləcəyi gözlənilir.