...

Qazaxıstan ABŞ ilə iqtisadi inkişaf proqramı üzrə qarşılıqlı anlayış haqqında memorandumu təsdiqləyib

Dünya xəbərləri Materials 7 İyul 2006 18:09 (UTC +04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev "Qazaxıstan-ABŞ iqtisadi inkişaf proqramı üzrə Qazaxıstan və ABŞ hökumətləri arasında qarşılışlı anlayış haqqında memorandumun təsdiqlənməsi haqqında" qanun imzalayıb.

Əvvəllər qeyd olunduğu kimi, Qazaxıstanla ABŞ arasında iqtisadi inkişaf üzrə proqramın gerçəkləşdirilməsi haqqında razılıq prezident Nursultan Nazarbayevin ABŞ-a 2001-ci ilin dekabrında etdiyi səfər zamanı əldə olunub.

Trend agentliyinin "Kazakhstan Today"ya istinadən yaydığı məlumata əsasən, proqramın ümumi büdcəsi $40 mln. təşkil edir və 4 il müddətinə hesablanıb. Proqram Qazaxıstan və ABŞ hökumətləri tərəfindən birgə maliyyələşdiriləcək. ABŞ-ın payı $24,5 mln., Qazaxıstanın payı isə - $15,5 mln. olacaq.

Qarşılıqlı anlayış haqqında memorandum 2006-cı ilin mayın 5-də Astanada imzalanacaq.

Xəbər lenti

Xəbər lenti