...

ABŞ Dövlət Departamenti amerikalı vətəndaşlarını evakuasiya etmək üçün qoşunlarını Livana yeritmək məsələsini nəzərdən keçirir

Dünya xəbərləri Materials 14 İyul 2006 21:07 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Livanda vəziyyət gərginləşdiyi təqdirdə Amerika vətəndaşlarını evakuasiya etmək üçün ora qoşunlarını yeritməyin mümkünlüyünü nəzərdən keçirir. Bu barədə "SBS" telekanalı Amerkia administasiyasından olan anonim mənbələrə istiənadən xəbər verir. Müzakirə olunan variantlar arasında hazırda İordaniyada təlimlərdə olan 2 min dəniz piyadasının göndərilməsi məsələsi də var. Bundan əlavə, Aralıq dənizində həmin təlimlərdə iştirak edən hərbi gəmilərin də Livan sahillərinə göndərilməsi ehtimalı nəzərdən keçirilir. Daha bir variant isə Avropadakı hərbi bazalarındakı vertolyotlar vasitəsilə amerikalıların Kiprə evakuasiyasıdır.

Trend "RBK"ya istinadən xəbər verir ki, bu haqda hələlik qərar qəbul olunmayıb, lakin Vaşinqton belə tədbirləri mümkün hesab edir, çünki Beyrut hava limanının bombalanması nəticəsində amerikalılar Livanı tərk edə bilmir. Hazırda Livanda təxminən 25 min ABŞ vətəndaşı var.

Amerika qoşunları Livanda çoxmillətli qüvvələrin tərkibində 1982-ci ildə İsrailin təcavüzündən sonra yerləşdirilib. 1983-cü ildə terrorçular ABŞ səfirliyini və ABŞ dəniz piyadalarının kazarmasını partlatmışdılar. Burada təxminən 300 nəfər həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti