...

Nino Burcanadze Küveytin baş naziri ilə birgə beznes-mərkəzin yaradılması məsələsini müzakirə edib

Dünya xəbərləri Materials 14 Sentyabr 2006 17:25 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, parlament sədri Nino Burcanadze cümə axşamı bağlı qapılar arxasında Küveytin baş naziri şeyx Nəsir Məhəmməd Allah Məd Əl-Səbahi ilə görüşüb.

"Praym-Nyus"a parlamentdən verilən məlumata görə, görüşdə Nino Burcanadze iki ölkə arasında iqtisadi münasibətlər qurmaq, Gürcüstana investisiya axınını artırmaq, birgə biznes layihələrinin həyata keçirilməsi məqsədi ilə birgə biznes-şuranın yaradılması təşəbbüsü ilə çıxış edib.

Küveyt hökuməti Gürcüstanda turizm sahəsinin inkişafında maraqlıdır və bu sahəyə investisiya yatırmağa hazırdır.

Görüşdə Küveytə və Fars Hövzəsinin digər ölkələrinə Gürcüstandan içməli suyun ixracı məsələsinə baxılıb.

Küveyt hökumətinin nümayəndə heyəti Tbilisiyə ötən çərşənbə gəlib.

Xəbər lenti

Xəbər lenti