...

Nyu-Yorkda fövqəladə vəziyyətlə əlaqədar ABŞ HHQ təyyarələri havaya qalxıb

Dünya xəbərləri Materials 12 Oktyabr 2006 12:08 (UTC +04:00)

Nyu-Yorkda şəxsi təyyarənin 50 mərtəbəli binaya çırpılması ilə əlaqədar ABŞ-ın bir sıra şəhərlərində HHQ təyyarələri havaya qalxıb. Bu barədə ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələri xəbər verib. Onların sözlərinə görə, baş vermiş hadisənin terrorla heç bir bağlılığı yoxdur.

CNN telekanalı xəbər verir ki, təyyarə Manhettendə 50 mərtəbəli binanın 20-ci mərtəbəsinə çırpılıb. Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Ancaq yaxınlıqda yerləşən xəstəxana gücləndirilmiş rejimdə işləyir. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti