...

Türkiyədə iranlı turistlərin olduğu avtobus aşıb

Dünya xəbərləri Materials 4 Noyabr 2006 12:05 (UTC +04:00)

Türkiyənin cənub-şərqində Bitlis əyalətində şənbə günü ən azı bir iranlı turist həlak olub və 45 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Turistləri daşıyan avtobus güclü leysan zamanı sürüşkən yolda aşıb. Bu barədə CNN-Turk telekanalı xəbər verir.

Bütün zərər çəkənlər YNH-nin baş verdiyi Tatvan şəhəri xəstəxanasına çatdırılıb. Həkimlər 32 nəfərin vəziyyətini ağır qiymətləndirir. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Bu, Türkiyədə yerli KİV-lərin şənbə günü xəbər verdikləri artıq ikinci böyük qəzadır.

Əvvəl xəbər verildiyi kimi, ölkənin qərbindəki Uşak əyalətində avtobusun yük maşını ilə toqquşması nəticəsində 34 nəfər, o cümlədən türk ordusunun 31 gənc əsgəri zərər çəkib.

Xəbər lenti

Xəbər lenti