...

Ukrayna Fransadan quş idxalını qadağan edib

Dünya xəbərləri Materials 6 Noyabr 2006 20:48 (UTC +04:00)

Ukrayna Baytarlıq Tibb Dövlət Departamenti De Sevr departamentindən (Fransa) ölkəyə quş məhsullarının gətirilməsini qadağan edib. Səbəb həmin ərazidə Nyukasl xəstəliyinin aşkar edilməsi ilə bağlıdır.

Baytarlıq Tibb Dövlət Departamentinin veb-saytında bildirilir ki, xüsusilə De Sevr departamentindən quş və quş məhsulları, o cümlədən xammalının idxalına qadağa qoyulub. Bu barədə Trend ForUm-a istinadən xəbər verir.

"İnterfaks-Ukraina" agentliyinin məlumatına görə, bu qərar Beynəlxalq Epizootiya Bürosunun De sevr departamentində quşların Nyukasl xəstəliyinə tutulmasının qeydiyyata alınması haqqında rəsmi məlumatı alındıqan sonra qəbul olunub.

Nyukasl xəstəliyi ən ciddi infeksiyalı quş xəstəliklərindən biridir. Bu xəstəlik quşların nəfəs yollarını, əsəb və həzm sistemlərini korlayır.

Xəbər lenti

Xəbər lenti