...

Ermənistan vətəndaşı gömrük qaydalarını pozmaqda təqsirli bilinərək həbs olunub

Dünya xəbərləri Materials 10 Noyabr 2006 15:44 (UTC +04:00)

Ermənistan vətəndaşı Armen Kazaryan gömrük qaydalarını pozmaqda təqsirli bilinərək maliyyə polisi əməkdaşları tərəfindən saxlanılıb.

Maliyyə polisindən Praym-Nyusa verilən məlumata görə, Armen Kazaryan Sarpi gömrükxanası (Gürcüstan-Türkiyə sərhədi) ilə Türkiyədən Gürcüstana böyük miqdarda qızıl zərgərlik məmulatı aparmağa çalışıb. Saxlanılan şəxsin sözlərinə görə, o, bunları Ermənistana Sadaxlıdan (Ermənistan-Gürcüstan sərhədi) aparmalı idi.

Ermənistan vətəndaşı maliyyə polisi əməkdaşları tərəfindən gömrük məntəqəsini keçdikdən sonra saxlanılıb. Trend in xəbər verdiyi kimi, bu şəxsdən gömrük rəsmiləşdirilməsi zamanı qeydiyyata alınmamış qızıl aşkar edilib.

Axtarış zamanı Kazaryanın üzərindən içərisində qızıl məmulatlarının gizlədildiyi xüsusi kəmər aşkar edilib.

Qaçaqmalçılıq yolu ilə aparılan 1,5 kq qızılın dəyəri təxminən 40 min lari təşkil edir.

Armen Kazaryan ilkin həbs kamerasına köçürülüb.

Xəbər lenti

Xəbər lenti