...

Yuşenko: Ukrayna bu yaxınlarda "Nabukko" qaz nəqli layihəsində iştirak üzrə yazılı təkliflərini verəcək

Dünya xəbərləri Materials 15 Yanvar 2007 18:07 (UTC +04:00)

Ukrayna bu yaxınlarda 2011-ci ilə qədər qaz kəmərinin Xəzər dənizi rayonundan Avropaya çəkilməsini nəzərdə tutan Avropanın "Nabukko" layihəsində iştirak üzrə yazılı təkliflərini təqdim edəcək.

Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, bu barədə Ukrayna prezidenti Viktor Yuşenko bu gün Siqetu-Marmatsiey şəhərində (Rumıniya) keçirilən ikitərəfli görüşdən sonra Rumıniya prezidenti Trayan Basesku ilə birgə mətbuat konfransında məlumat verib.

"Bu qaz nəqli layihəsinin inkişafı bizi çox maraqlandırır", - deyə V.Yuşenko qeyd edib.

15 yanvar 2007-ci il tarixində Ukrayna prezidenti Viktor Yuşenko Rumıniyada birgünlük işgüzar səfərdədir.

"Nabukko" layihəsi qaz kəmərinin 2011-ci ilə qədər Xəzər dənizi rayonundan Avropaya çəkilişini nəzərdə tutur. "Nabukko" qaz kəmərinin tikintisi və istismarı ilə Avstriyanın OMV neft-qaz şirkəti başda olmaqla, beynəlxalq konsorsium məşğul olacaq. Konsorsiuma həmçinin OMV şirkətinin Cənub-Şərqi Avropa ölkələrindən və Türkiyədən olan tərəfdaşları daxildir.

Xəbər lenti

Xəbər lenti