"Ukrayna Gürcüstanın münaqişəli ərazilərində sülhməramlı əməliyyatlarda iştirak etməyə hazırdı",-deyə gürcü teleşirkəti "Rustavi2"yə Ukrayna prezidenti Viktor Yuşşenko bildirib.
RBK xəbər verir ki, "Ukrayna sülhməramlı korpusun tərkibində iştirak etməyə hazırdı",-deyə o qeyd edib.
Prezident Viktor Yuşşenkonun sözlərinə görə gürcü xalqı bu məsələdə Ukraynanın mövqeyinə arxayın ola bilər. "Mövqe aydın, sərt və dəyişməzdir".
Ukraynanın sülhməramlı əməliyyatlara qoşulma tarixini isə o bildirməyib. Bu məsələnin prezident Viktor Yuşşenkonun bu ilin 1-3 mart tarixində Gürcüstana nəzərdə tutulan səfəri zamanı müzakirə ediləcəyi gözlənilir.