...

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək öldü

Hadisə Materials 22 Noyabr 2014 13:35 (UTC +04:00)
Bakıda 2 nəfər dəm qazından zəhərlənərək öldü.
Bakıda 2 nəfər dəm qazından zəhərlənərək öldü

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək öldü.

Trend Daxili İşlər Nazirliyinin saytina istinadən məlumat verır ki, noyabrın 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Baba Quliyev və Nəsimi rayonu ərazisində yaşayan Zemfira Rəhimova dəm qazından zəhərlənərək ölüblər.

Samux rayon sakini Aygün Namüvər, Qusar rayon sakini Günay Rüstəmova və onun bacısı Ramidə dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti