...

Sumqayıtda iki kafe yanıb

Hadisə Materials 29 Oktyabr 2016 08:51 (UTC +04:00)
Sumqayıtda yanğın qeydə alınıb
Sumqayıtda iki kafe yanıb

Bakı. Trend:

Sumqayıtda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Yüksək temperaturdan bitişik tikilmiş sahəsi 200 m2 olan kafenin tavanı 25 m2 sahədə əriyib.

Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuş və 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib.

Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.

Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti