...

Gömrükdə 8000 ədəd siqaret müsadirə edilib

Hadisə Materials 1 Fevral 2017 12:21 (UTC +04:00)
Gömrükçülər avtomobildə gizlədilən 8000 ədəd siqareti aşkar ediblər.
Gömrükdə 8000 ədəd siqaret müsadirə edilib

Bakı. Trend:

Gömrükçülər avtomobildə gizlədilən 8000 ədəd siqareti aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İrandan Azərbaycana yük avtomobilində qaçaqmalçılıq yolu ilə tütün məmulatının gətiriləcəyi barədə məlumat daxil olub.

Həmin məlumat əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana yüksüz vəziyyətdə gələn və Azərbaycan vətəndaşının idarə etdiyi "MAZ" markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb. Yoxlama nəticəsində, avtomobilin müxtəlif hissələrində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə, gömrük nəzarətindən gizlədilmiş cəmi 8000 ədəd "Manchester" adlı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti