...

Sumqayıtda 5 otaqlı ev yanıb

Hadisə Materials 10 Aprel 2017 04:36 (UTC +04:00)
Sumqayıtda yanğın olub
Sumqayıtda 5 otaqlı ev yanıb

Bakı. Trend:

Sumqayıtda yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 və digər otağın tavanı 20 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti