...

Rusiya Baş nazirinin müavini Bakıya gələcək

Siyasət Materials 1 Noyabr 2016 17:33 (UTC +04:00)
Dmitri Roqozin Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.
Rusiya Baş nazirinin müavini Bakıya gələcək

БАКУ /Trend/ -

Rusiya Baş nazirinin müavini Dmitri Roqozin dekabr ayında Bakıya səfər edəcək.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumu çərçivəsində “Rusiya İxracat Mərkəzi” Səhmdar Cəmiyyətinin qeyri-maliyyə dəstəyi üzrə icraçı direktoru Konstantin Yevstyuxin deyib.

D.Roqozin Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.

Dekabrın əvvəllərində keçiriləcək Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində baş tutacaq İşçi şurasında Rusiyanın bir sıra şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, hökumətlərarası komissiyanın sonuncu iclası ötən il oktyabrın 9-da keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti