...

ATƏT-in Minsk qrupu həmsədrləri: "2006-cı il Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində pəncərə olacaq"

Siyasət Materials 16 Dekabr 2005 21:15 (UTC +04:00)
ATƏT-in Minsk qrupu həmsədrləri: "2006-cı il Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində pəncərə olacaq"

ATƏT-in Minsk qrupu həmsədrləri ümid edir ki, 2006-cı il Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində pəncərə və 2005-ci ildə görülmüş işlərin davamı olacaq. Trend in xəbər verdiyi kimi, bu barədə həmsədrlər dekabrın 16-da Bakıda keçirilmiş mətbuat konfransında bəyan ediblər.

Bəyanatda o da bildirilir ki, hazırki səfər Azərbaycan və Ermənistanın XİN başçılarının dekabrın əvvəlində Lyublyanada görüşünün davamıdır. Həmsədrlər gələn il də danışıqlar prosesinə mümkün olan köməyi edəcək. Onlar hər iki ölkə prezidenti ilə 2006-cı il yanvarın sonunda və fevralın əvvəlində qabaqcadan razılaşdırılmış yerlərdə görüşəcək. "Biz ümidvarıq ki, bu gün danışıqlar prosesində müşahidə olunan qətiyyət və müsbət irəliləyiş davam etdiriləcək", - deyə həmsədrlər bildirib.

Xəbər lenti

Xəbər lenti