...

Azərbaycanda baxımsız uşaqların depressiyadan çıxmasına dövlət yardım göstərəcək

Cəmiyyət Materials 1 May 2014 10:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmamış uşaqların depressiya vəziyyətindən çıxarılması üçün dövlət tərəfindən sosial-psixoloji xidmətlər göstəriləcək.

Azərbaycan Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi" təsdiq edilib.

Bu sənədə əsasən, baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmamış uşaqların depressiya vəziyyətindən çıxarılması, onun yaradıcılıq, intellektual və fiziki imkanlarına, eləcə də yaş xüsusiyyətlərinə uyğun olaraq psixoloji yardımın göstərilməsi üçün sosial-psixoloji xidmətlər göstəriləcək. Bununla yanaşı, uşağın emosional vəziyyətinə və davranışına nəzarət edilməsi üçün xidmətlər həyata keçiriləcək.

Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr), xəstəliyin terminal (son) mərhələsində olan şəxslər üçün evdə bir neçə səyyar xidmət həyata keçiriləcək. Həmin xidmətlər yemək hazırlanmasına kömək etmək, özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması, mənzillərin yığışdırılması, evə həkimin çağırılması, dərmanların alınması və s.-dir. Bu xidmətlər 3 aylıqdır.

Sağlamlıq imkanları məhdud uşaqlara hərtərəfli qabaqlayıcı-inkişafedici yardım göstəriləcək və onların valideynlərinə (qanuni nümayəndələrinə) psixoloji-pedaqoji dəstək veriləcək.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, insan alveri qurbanları, məişət zorakılığından əziyyət çəkənlər üçün də bir sıra xidmətlər göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti