...

Regionlarda gənc təlimçilər klubları yaradılır

Cəmiyyət Materials 5 Mart 2015 18:12 (UTC +04:00)
Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Regionlarda gənc təlimçilər klublarının formalaşdırılması” layihəsini davam etdirir.
Regionlarda gənc təlimçilər klubları yaradılır

Azərbaycan, Bakı, 5 mart /Trend/

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Regionlarda gənc təlimçilər klublarının formalaşdırılması" layihəsini davam etdirir.

Gənclər üçün Təhsil Mərkəzindən Trend-ə bildiriblər ki, Gəncə, Mingəçevir və Ağcabədidə icra olunan layihənin əsas məqsədi regionlarda gənc təlimçilərin şəbəkələşməsinə, gənclər arasında qeyri-formal təhsil metodologiyasının təşviq olunmasına və təlimçilik bacarıqlarının inkişaf etdirilməsinə dəstək verməkdir.

Ötən dövr ərzində layihə çərçivəsində müxtəlif idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən gənc təlimçilər bir araya gətirilmiş, onların yenidən təkmilləşdirilməsi və bir sıra yeni təlim modullarının hazırlanması istiqamətində iş aparılmışdır.

Hazırda 3 regionda təlim keçmiş gənc təlimçilərin klublarının formalaşdırılması prosesinə başlanılmışdır. Müxtəlif sahələr üzrə təlimçilik qabiliyyətinə malik olan gənclərin yaradılacaq klublarda toplanması, onlarla birgə iş aparılması nəzərdə tutulur. Eyni zamanda, həmin regionlarda təlimçilərə yarana biləcək ehtiyacı da məhz bu klubların ödəməsi planlaşdırılır.

Qeyd edək ki, klublar Mərkəzin adıçəkilən regionlardakı ofislərində fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti