...

ASAN könüllüləri boyama işində öz bacarıqlarını göstəriblər (FOTO)

Cəmiyyət Materials 25 İyul 2016 15:34 (UTC +04:00)
YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan misgərlik sənətinin vətəni Lahıcda baş tutan “Həmrəylik düşərgəsi” layihəsində sosial aksiyalar davam edir.
ASAN könüllüləri boyama işində öz bacarıqlarını göstəriblər (FOTO)

Bakı. Trend:

"ASAN Könüllüləri" Təşkilatının Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə Azərbaycanda multikultural ənənələrin mövcud olduğu və YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan misgərlik sənətinin vətəni Lahıcda baş tutan “Həmrəylik düşərgəsi” layihəsində sosial aksiyalar davam edir.

Trend-in məlumatına görə, ASAN Könüllüləri bu dəfə boyama işində öz bacarıqlarını sərgiləyib. Boyama prosesində könüllülər Lahıc qəsəbəsi üçün önəm daşıyan bir neçə ictimai binanın, məscidin, məktəbin dam və daxili boyamaya ehtiyacı olan döşəmə və divarlarını boyayıblar.

ASAN Könüllüləri boyama prosesindən öncə (Corella Boyalarının dəstəyi ilə) “master klas”larda iştirak edib, boyama işlərində müəyyən biliklər əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti