...

Azərbaycanda meyitdən orqan köçürülməsi ilə bağlı müzakirələrə başlanıldı

Cəmiyyət Materials 7 Sentyabr 2016 13:17 (UTC +04:00)
Artıq meyitdən insana orqan köçürülməsi məsələsi ilə bağlı Səhiyyə Nazirliyi və Nazirlər Kabinetində müzakirələr aparılır.
Azərbaycanda meyitdən orqan köçürülməsi ilə bağlı müzakirələrə başlanıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

Artıq meyitdən insana orqan köçürülməsi məsələsi ilə bağlı Səhiyyə Nazirliyi və Nazirlər Kabinetində müzakirələr aparılır.

Trend-in məlumatına görə, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

F.Babayev bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da böyrəkköçürmə əməliyyatları yalnız ilk mərhələdə qohum böyrəyinin köçürülməsi ilə həyata keçirilir. Çox sayda insanların isə böyrək nəqli əməliyyatına ehtiyacı var: “Ona görə də artıq bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi və Nazirlər Kabineti tərəfindən müzakirələr aparılır ki, meyitlərdən orqanların köçürülməsinə təkan verilsin”.

Azərbaycanda meyitlərdən orqan transplantasiyası nə vaxt həyata keçiriləcək?

Azərbaycanda meyitlərdən orqan transplantasiyası nə vaxt həyata keçiriləcək?

F.Babayev deyib ki, Azərbaycanda böyrək xəstəliklərinə daha çox Gəncə, Şəmkir, Ağstafa, Tovuz rayonlarında və şimal zonasında rast gəlinir.

F.Babayevin sözlərinə görə, uşaqlarda əksər hallarda böyrək çatışmazlığı irsi böyrək xəstəliklərindən dolayı baş verə bilir: "Amma sonradan da hər hansı bir xəstəlik böyrək çatışmazlığı ilə fəsadlaşa bilər. Son vaxtlar şəkərli diabet və ürək xəstəlikləri də böyrək çatışmazlığı ilə fəsadlaşa bilər. Ona görə bu xəstəliklərin sayı ümumi xəstəlik populyasiyası ilə daha çox rast gəlinir. Anadangəlmə böyrək xəstəlikləri irsi böyrək xəstəlikləridir. Bu da ümumi böyrək xəstəliklərinin sayının artmasına səbəb olan faktorlardan biridir".

F.Babayev əlavə edib ki, insanlarda soyuqdəymə, qaraciyər xəstəlikləri, qan dövranının pozulması hesabına da böyrək xəstəliklərinin yaranması ehtimalı böyükdür: "Böyrək xəstəlikləri ilə fəsadlaşan xəstələrin sayı 10 minə yaxındır. Onların da 3100 nəfəri böyrək çatışmazlığı diaqnozu ilə hemodializ seanslarına cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti