...

Bakıda marşrut xətlərinin hərəkətində DƏYİŞİKLİK

Cəmiyyət Materials 28 Noyabr 2016 10:06 (UTC +04:00)

Bakı. Trend:

Paytaxtın marşrut şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 2 və 7 nömrəli müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Trend-ə bildirib ki, dəyişikliyə əsasən 2 nömrəli marşrutun hərəkəti 30.11.2016-cı il tarixindən dəyişdirilərək Ziya Bünyadov prospekti, 36, Daxili İşlər Nazirliyinin Respublika Hospitalının qarşısına qədər qısaldılıb və son dayanacaq həmin ərazi təyin edilib. Dəyişiklikdən əvvəl 2 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacağı kimi Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişdiyi ərazi müəyyən edilib. Lakin bu dayanacaqlar günün pik saatlarında həmin yolda avtonəqliyyat vasitələrinin hərəkətində sıxılığın yaranmasına səbəb olurdu.

Bununla yanaşı, məlum dəyişikliyin digər bir səbəbi isə sərnişin axının vəziyyəti ilə bağlıdır. Belə ki, aparılan təhlillər nəticəsində son dayanacaq olaraq müəyyən edilən yeni ərazidə sərnişin axını daha çoxdur.

7 nömrəli marşrutun hərəkət trayektoriyası da 30.11.2016-cı il tarixindən dəyişdirilərək 9-cu mikrorayon Həmzə Babaşov - İlqar Cümşüdov - Cavadxan küçəsi ilə Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində - Nazim Hikmət küçəsi - Əbdürrəhimbəy Haqverdiyev küçəsi, əks istiqamətdə Hüseyn Cavid prospekti - Həsən Məcidov - Əhməd Cəmil - Əbdürrəhimbəy Haqverdiyev küçəsi olmaqla müəyyən edilib. Bu dəyişikliyin edilməsinin əsas səbəbi isə bəzi küçə və prospektlərdə hazırkı hərəkət trayektoriyası ilə yol hərəkəti qaydaları arasında uyğunsuzluğun olmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti