...

Metroda gediş haqqı artacaq? - Rəsmi cavab

Cəmiyyət Materials 28 Noyabr 2016 10:41 (UTC +04:00)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metroda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Metroda gediş haqqı artacaq? - Rəsmi cavab

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metroda gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət etməyib.

Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, metroda gediş haqqının bahalaşması ilə bağlı yayılan məlumat əsassızdır:

"Metroda gediş haqqını biz qaldırmırıq. Buna Tarif (qiymət) Şurası qərar verir. Bu barədə bizdə məlumat yoxdur. "Bakı Metropoliteni" QSC metroda gediş haqqının artırılması barədə Şuraya müraciət etməyib".

Qeyd edək ki, Bakı metrosunda hazırda gediş haqqı 0,2 AZN təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti