...

Azərbaycanda qadınlarla kişilərin say nisbəti - TARİXİ STATİSTİKA

Cəmiyyət Materials 13 Fevral 2017 20:45 (UTC +04:00)
Azərbaycanda ötən 90 il ərzində əhalinin ümumi sayında kişilərin sayı qadınlara nisbətən azalıb.
Azərbaycanda qadınlarla kişilərin say nisbəti - TARİXİ STATİSTİKA

Bakı. Trend:

Azərbaycanda ötən 90 il ərzində əhalinin ümumi sayında kişilərin faiz göstəricisi qadınlara nisbətən azalıb.

Trend-in məlumatına görə, 1926-cı ildə Azərbaycanda əhalinin sayı 2,313,700 nəfər olub ki, bunun da 1,212,400 nəfərini (52,4 faiz) kişilər, 1,101,300 nəfərini (47,6 faiz) isə qadınlar təşkil edib.

Ondan sonrakı bütün illərdə isə əhalinin ümumi sayında kişilərin faiz göstəricisi qadınlara nisbətən azalmaqda davam edib. 2016-cı ilin yekunlarına əsasən isə Azərbaycan əhalisinin ümumi sayı 9,705,600 nəfər olub ki, bunun da 4,835,600 nəfərini (49,8 faiz) kişilər, 4,870,000 nəfərini (50,2 faiz) isə qadınlar təşkil edib.

Göründüyü kimi XX əsrin birinci yarısında ölkədə kişilərin sayı qadınlara nisbətən çox olub. Lakin baş vermiş repressiya və İkinci Dünya müharibəsi illərində kişilərin çoxsaylı tələfatı nəticəsində əsrin ikinci yarısından bu göstərici dəyişib.

Bununla belə, son 40 ildə kişi və qadınlar arasında fərqin nisbətən azalması müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti