...

AZƏRBAYCAN TAEKVONDOÇULARI İRANDA MEDALLAR QAZANIB

Cəmiyyət Materials 28 İyun 2005 13:25 (UTC +04:00)

Azərbaycanın taekvondo üzrə komandası Tehranda keçirilən beynəlxalq "Fəcr" turnirində qızıl, gümüş və bürünc mükafatlar qazanıblar. Trend in məlumatına görə, Avropa və dünya çempionatlarının mükafatçısı, Afina Olimpiya oyunlarının iştirakçısı 78 kq-dək çəki dərəcəsində çıxış edən Rəşad Əhmədov özünü komandamızın ən yaxşı oyunçusu kimi göstərib. Ən yüksək mükafata Elnur Əhmədov da layiq görülə bilərdi, Lakin o, finalda uduzub. Eyni zamanda, 84 kq çəki dərəcəsindəki üçlükdə Təvəkkül Bayramov fərqlənərək komandanqın aktivinə sayca üçüncü mükafatı gətirib. Qeyd edək ki, taekvondoçularımız Tehranda ən güclü tərkiblə çıxış ediblər. Onların arasında dünya və Avropa çempionu Niyaməddin Paşayev (67 kq), Zahid Məmmədov (54 kq) və digər atletlərmiz də qələbə uğrunda mübarizə aparıblar.

İrandakı turnirdə iştirak etmək kollektiv üçün payızda Riqada keçiriləcək qitə birinciliyinə hazırlıq mərhələsi olub.

Xəbər lenti

Xəbər lenti