...

"Kalitsiya" voleybolçuları Bakıya gəlir

Cəmiyyət Materials 14 Dekabr 2005 13:35 (UTC +04:00)

"Kalitsiya" qadın voleybol klubu dekabrın 14-də "AzərReyl"ə qarşı Çempionlar Liqasının qrup mərhələsinin növbəti turunun matçını oynamaq üçün Bakıya gələcəklər.

Milli Federasiyadan verilən məlumata görə, polyaklar paytaxta günün ikinci yarısı gələcəklər, bundan sonra komanda bir gün oyunun keçiriləcəyi İdman Sarayında təlim keçəcəklər. Bu görüşün hər iki komanda üçün böyük əhəmiyyəti var, belə ki, meydan sahiblərinə Avropa Kubokunun dörddə bir finalına çıxmaq üçün xal qazanmaq vacibdir. Bu zaman "Kalitsiya"nın məğlub olması polyakların mübarizəsini xeyli çətinləşdirir.

Qeyd etmək lazımdır ki, bu gün Perucinin "Pallavilo Sirio" komandası dörddə bir finalda yerini artıq təmin edib.

Xəbər lenti

Xəbər lenti