...

Xalq Bank kartı ilə ödə, istirahət qazan!

İqtisadiyyat Materials 6 Oktyabr 2016 13:53 (UTC +04:00)
“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” lotereyasının yeddinci tirajının qalibləri müəyyən oldu.
Xalq Bank kartı ilə ödə, istirahət qazan!

Bakı. Trend:

“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” lotereyasının yeddinci tirajının qalibləri müəyyən oldu. Bu barədə Trend-ə bankdan məlumat verilib.

Oktyabrın 5-də ASC “Xalq” Bankı plastik kart sahibi olan müştəriləri üçün “Xalq Bank kartı ilə ödə, istirahət qazan!” stimullaşdırıcı lotereyasının yeddinci tirajını keçirdi. Tiraj komissiyasının üzvlərinin iştirakı ilə keçirilən uduşda 104862 bilet iştirak etmişdi. Uduşda sentyabr ayı ərzində 20 manat (və ya xarici valyutada ekvivalenti) və daha çox məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri iştirak etdi.

“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” stimullaşdırıcı lotereyanın yeddinci uduşunda bilet №14806686 - Məmmədova Gülyaz Fazil qızı; bilet №14887620 - Haqverdiyev Vüqar Vaqif oğlu və bilet №14875860 - Kazımov Rasim Sadıq oğlu qalib gəldi. Uduşun qalibləri Şamaxıda yerləşən dəbdəbəli “Sakit Göl” tətil və istirahət məkanında 2 nəfərlik istirahət kuponu (iki gün, bir gecə; səhər və şam yeməyi daxildir) əldə etdilər. Kuponlar qalibə verildiyi andan 2 ay müddətində etibarlıdır.

“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” lotereyası cari ilin mart ayının 2-dən başlayaraq 31 dekabr tarixədək davam edəcək. Növbəti tiraj noyabr ayının 4-də baş tutacaq. Bu tirajda oktyabr ayının 1-dən 31-dək qazanılan elektron biletlər iştirak edəcək. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı xarici vətəndaşlar da iştirak edə bilər.

Plastik kartları Bankın istənilən filialında əldə etmək olar. Visa Electron/MC Debit, Visa Classic/MC Standard və Visa Gold/MC Gold kartları pulsuz təqdim olunur. Plastik kartlar və kampaniya haqda daha ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti