...

Paytaxtda daha bir küçə təmir olunur (VİDEO/FOTO)

İqtisadiyyat Materials 28 Dekabr 2016 11:04 (UTC +04:00)
Xətai rayonunda Süleyman Vəzirov küçəsi təmir olunur.
Paytaxtda daha bir küçə təmir olunur (VİDEO/FOTO)

Bakı. Trend:

Xətai rayonunda Süleyman Vəzirov küçəsi təmir olunur.

Bu barədə Trend-ə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Bildirilir ki, məqsəd küçə ilə vətəndaşların rahat və maneəsiz hərəkətini təmin etməkdir. Küçənin uzunluğu 700 metr, eni 11 metrdir. Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü 2 qat olmaqla yenisi ilə əvəz olunacaq. Bundan başqa, piyadaların təhlükəsizliyi nəzərə alınaraq hər bir tərəfdə 2-3 metr enində piyada səkiləri qurulacaq, mövcudları bərpa olunacaq.

Səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədi ilə zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılacaq, yağış barmaqlıqları qoyulacaq. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənəcək. Hazırda təmir işlərinin aparıldığı ərazidə yeni yeraltı kommunikasiya xətləri çəkilir. Aidiyyəti qurumlarla kompleks şəkildə aparılan bu işlər yolun asfalt-beton örtüyünün qısa müddət ərzində sıradan çıxmasının qarşısını almış olacaq.

Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılan təmir işləri zamanı 8 min m2 sahənin asfaltlanması, piyada səkilərinin kənarlarına isə 1500 paqon-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub. “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan təmir işləri yekunlaşandan sonra hərəkətin normal təşkili üçün küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti