...

Kürdəmirin daha bir kəndinə ilk dəfə təbii qaz verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2016 13:47 (UTC +04:00)
Bu gün Kürdəmir rayonunun Carlı kəndinə ilk dəfə təbii qaz verilib.
Kürdəmirin daha bir kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. Trend:

Bu gün Kürdəmir rayonunun Carlı kəndinə ilk dəfə təbii qaz verilib.

Trend SOCAR-in saytına istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Bildirilib ki, 221 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 25456 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Kürdəmir rayonunun Türkədi, Mollakənd və Muradxan kəndlərinin qazlaşdırma istiqamətində işlər davam etdirilir. Yaxın müddətdə həmin kəndlərə də təbii qazın verilişi təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti