Azərbaycanda ən iri özəl bank olan Bank Standard bu gün əsaslı təmirdən sonra Hüsü Hacıyev küçəsində yerləşən mərkəzi ofisini açır.
1995-ci ildə bu bankın ofisi (o zaman Azərbaycan-Rusiya Most-bank Azerbaycan) prezident Heydər Əliyevin iştirakı ilə açılmışdı.
Hazırda AB Standard qrupuna daxil olan Bank Standard 480,82 mlrd manat aktiv (iyulun 1-nə olan məlumatlar) və 82,72 mlrd manat məbləğində ümumi kapitalla ölkənin aparıcı bankıdır. Bank Standard-da səhmdar kapitalına gələn gəlir (Return on Equity) 36,17%-ə bərabərdir.