2006-cı il fevralın sonlarına kimi Sumqayıtda respublikada ilk biznes-inkubator açılacaq. Trend in məlumatına görə, bu barədə Azərbaycanda biznes-inkubator üzrə milli forumda "İmfotek" ictimai birliyinin direktoru Məlahət Kazımova bildirib.
Sumqayıtda biznes-inkubatorun yaradılması Dünya Bankının proqramı çərçivəsində nəzərdə tutulub. Layihənin hazırlanması üçün (2004-cü ilin sentyabrından 2005-ci ilin dekabrına kimi) DB $100 min qrant təqdim edib. Layihənin ikinci mərhələsinin həyata keçirilməsi üçün (2006-cı ilin fevralı - 2007-ci ilin fevralı) DB $300 min dollar məbləğində vəsait təqdim edir.
M.Kazımovanın sözlərinə görə, biznes-inkubatorun yaradılması 2004-cü ildə Sumqayıtın İcra Hakimiyyəti ilə bağlanmış memorandum çərçivəsində nəzərdə tutulub. DB-nın texniki yardımı dünyanın 60 ölkəsini əhatə edən tender əsasında təqdim edilib. Onların arasında 2 layihə ilə Azərbaycan da təmsil olunur və tenderin yekunları üzrə 18 layihə təsdiq olunub ki, onlardan biri Sumqayıtda biznes-inkubatorun yaradılmasını nəzərdə tutan "İMFOTEK" layihəsi də var.