...

Əvəz Ələkbərov: "Dünya bankı Azərbaycana quş qripi ilə mübarizə məqsədilə $5 mln ayıracaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2006 14:54 (UTC +04:00)

Dünya bankı quş qripi ilə mübarizə tədbirlərinin həyata keçirilməsində Azərbaycana yardım etməyə razılıq verib. Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 10-da jurnalistlərə maliyyə naziri Əvəz Ələkbərov məlumat verib. Bu məqsədlə bank Azərbaycana $5 mln vəsait ayıracaq. Nazirin sözlərinə görə, DB tərəfindən belə bir addım Azərbaycan hökumətinin banka müraciətindən sonra atılıb. Bundan başqa bu istiqamətdə bankın böyük təcrübəsi var ki, bu da Azərbaycan üçün faydalı ola bilər.

Bu tədbirlərin həyata keçirilməsində dövlət vəsaitlərinin istifadəsinə gəldikdə, keçən il Kənd təsərrüfatı nazirliyi tərəfindən 3,9 mlrd manat ayrılmışdır. Bundan başqa həm Kənd təsərrüfatı, həm də maliyyə nazirliklərinin 2006-cı il smetasına əsasən, vaxtından əvvəl tədbirlərin görülməsi üçün də kifayət qədər vəsait var. Ə.Ələkbərov onu da qeyd edib ki, lazım gələrsə, quş qripi ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün ehtiyat fondundan da vəsait ayrıla bilər.

Xəbər lenti

Xəbər lenti